Erməni rəqiblə qarşılaşan boksçumuz sözünü tutdu

Erməni rəqiblə qarşılaşan boksçumuz sözünü tutdu

İkinci Avropa Oyunlarında Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

 

Öncədən xəbər verdiyimiz kimi, boks üzrə milli komandamızın üzvü, 69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor bu gün Minsk-2019 çərçivəsində ilk döyüşünə çıxıb. Onun rəqibi Ermənistan idmançısı Qurqen Madoyan olub.

 

AYNA xəbər verir ki, boksçumuz erməni rəqibi üzərində böyük qələbə qazanıb. Qarşılaşma 5:0 Sotomayorun xeyrinə başa çatıb.

Xatırladaq ki, Sotomayor yarışöncəsi AYNA-ya açıqlama verərək, qalib gələcəyinə inandığını deyib: “Mən yarışa uzun müddətdir hazırlaşıram. Rəqibimi tanımıram, çünki onunla heç vaxt qarşılaşmamışam. Amma ona qalib gələcəm. Çünki özümə əminəm”.

 

“Tək erməni rəqibimə yox, yarışda hamıya qalib gəlməyi qarşıma məqsəd qoymuşam. İstəyirəm ki, Azərbaycana medalla geri dönüm” – boksçu vurğulayıb.

 

Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

Müəllif: Ayna.az      22 İyun 2019 17:34
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin