Əsas səhifə Haqqımızda Xəbər lenti

Altı şübhəli edam cəzasına məhkum edildi

Altı şübhəli edam cəzasına məhkum edildi

Ölkədə ən uzunmüddətli həbs cəzası isə 25 ildir

 

Misir məhkəməsi terror təşkilatına üzv olmaq və bir nəfəri öldürmək ittihamı ilə 6 nəfərin edam olunmasına qərar verirb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Misir Demenhur cəza məhkəməsi mühakimə olunan şübhəlilərdən 6-nın edam olunacağını, 4-nün isə 25 ilə qədər həbs cəzasına məhkum ediləcəyini bildirib.

 

Yerli ədliyyə orqanlarından verilən məlumata görə, təqsirləndirilən şəxslər terror təşkilatına üzv olmaq, sənədsiz silahlardan istifadə etmək və 1 nəfərin ölümünə səbəb olmaq ittihamı məsuliyyətə cəlb olunublar.

 

Lakin sözügedən məhkəmə prosesi hələ avqustun 20-də ittihamçılara edam qərarı vermiş və qərarı təsdiqləmək üçün ölkənin baş müftisinə göndərmişdi.

 

Qeyd edək ki, Misir qanunlarına görə, haqqında edam qərarı verilən şəxslərin sənədləri əvvəlcə ölkə müftisinə göndəirlir. Ölkədə ən uzunmüddətli həbs cəzası isə 25 ildir.

Müəllif: Ayna.az      16 Sentyabr 2019 15:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin