Bakıda yol polisləri ağır qəzaya uğrayıblar – VİDEO

Bakıda yol polisləri ağır qəzaya uğrayıblar –     VİDEO

Faktla bağlı araşdırma başlayıb, hadisənin təfərrüatı öyrənilir

 

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb. Hadisə “Monto Kristo” restoranı yaxınlığında qeydə alınıb.

 

99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı yol polisləri xəsarət alıblar.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlayıb, hadisənin təfərrüatı öyrənilir: “Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalına yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.

 

AYNA baku.ws-ə istinadən hadisənin video-görüntüsünü təqdim edir:

Müəllif: Ayna.az      16 Sentyabr 2019 11:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin