Novxanıda ağır qəza: 3 nəfər öldü

Novxanıda ağır qəza:       3 nəfər öldü

Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib

 

Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib. 

 

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

 

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

 

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var. 

Müəllif: Ayna.az      15 Sentyabr 2019 00:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin