Həbib verdiyi sözə əməl etdi

Həbib verdiyi sözə əməl etdi

 Dastin Puarye: "Xeyriyyəçiliyin və sözünə əməl etdiyin üçün çox sağ ol"

 

MMA döyüşçüsü Dastin Puarye məğlub olduğu rusiyalı idmançı Həbib Nurməhəmmədova təşəkkür edib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, Həbib Puaryeyə verdiyi vədinə əməl edib.

 

Bu barədə amerikalı idmançının rəhbəri olduğu "The Good Fight Foundation" fondunun tvitter hesabında yazılıb:

 

"Xeyriyyəçiliyin və sözünə əməl etdiyin üçün çox sağ ol. Sənin addımın insanlara kömək edəcək".

 

Qeyd edək ki, sentyabrın 7-də Abu-Dabidə baş tutan döyüşdən sonra rəqiblər bir-biri ilə formalarını dəyişiblər. Həbib Nurməhəmmədov geyimi hərracda satacağını, əldə edəcəyi məbləği isə Puaryenin xeyriyyə fonduna köçürəcəyini vəd edib.

Müəllif: Ayna.az      15 Sentyabr 2019 01:47
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin