Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

 Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, sentyabr ayının 13-də törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb. 

 

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Müəllif: Ayna.az      14 Sentyabr 2019 12:40
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin