Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğanın rəsmi səfəri başa çatdı - FOTOLAR

Ərdoğanın rəsmi səfəri başa çatdı -       FOTOLAR

Türkiyə Prezidentini dövlət rəsmiləri yola salıb 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri iyunun 16-da başa çatıb.

 

AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.


Müəllif: Ayna.az      16 İyun 2021 23:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin