Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğan: "Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq"

Ərdoğan: "Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq"

Ərdoğan Azərbaycan Milli Məclisində çıxış edib

 

“Qarabağ dünyanın ən gözəl yeri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala gətirəcəyik. Dünən qardaşımla birlikdə Şuşada idik”.

 

AYNA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Şuşa bir sənət akademiyası kimi sənətin ən yüksək səviyyədə yaşadıldığı yer olub: “Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır.

 

Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.

Müəllif: Ayna.az      16 İyun 2021 16:38
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin