Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda istiqlalçı deputat vəfat edib

Azərbaycanda istiqlalçı deputat vəfat edib

İbrahim İbrahimli bu gün dünyasını dəyişib

 

Azərbaycan Milli Məclisinin sabiq deputatı, siyasətçi İbrahim İbrahimli vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun kürəkəni, politoloq Toğrul İsmayıl məlumat verib.

 

“Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qayınatam, istiqlalçı millət vəkili, tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimli bu gün vəfat edib. Bütün sevənlərinin – dostlarının və ailəsinin başı sağ olsun”, - deyə T.İsmayıl qeyd edib.

 

Qeyd edək ki, bir müddət əvvəl İ.İbrahimlidə xərçəng xəstəliyi aşkar edilmişdi. O, Azərbaycan SSR Ali Sovetinin XII çağırışında deputat seçilib. Azərbaycanın müstəqillik aktına imza atan istiqlalçı deputatlardan idi.

 

Allah rəhmət eləsin!

 

Müəllif: Ayna.az      16 İyun 2021 09:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin