Əsas səhifə Haqqımızda Xəbər lenti

“Əhmədli” metrostansiyasında tüstülənmə olub

“Əhmədli” metrostansiyasında tüstülənmə olub

Bəxtiyar Məmmədov: "Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb"

 

Bu gün metronun “Əhmədli” stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

 

AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub: “Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur”.

Müəllif: Ayna.az      16 İyun 2021 09:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin