Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib - FOTO

İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib -       FOTO

Ərdoğan: "Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək"

 

"Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Təbii ki, bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk".

 

AYNA xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

 

Türkiyənin dövlət başçısı deyib:

 

"Bir az əvvəl “Baykar” şirkətinin baş direktoru Haluk bəyə qardaşım “Qarabağ” ordeni təqdim etdi. Mən də ailə adından ona xüsusilə təşəkkür edirəm. Təbii ki, pilotsuz uçuş aparatları burada ciddi işlər gördü. Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür".

Müəllif: Ayna.az      15 İyun 2021 23:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin