Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Bir gündə 177 nəfər koronavirusdan sağalıb, 68 nəfər yoluxub, 3 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1430 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

#

Müəllif: Ayna.az      15 İyun 2021 16:40
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin