Əsas səhifə Haqqımızda Xəbər lenti

İzləyicisini döyən yutuber barədə açıqlama - RƏSMİ

İzləyicisini döyən yutuber barədə açıqlama -     RƏSMİ

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”

 

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib. AYNA-nın xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılır.

 

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - deyə qeyd olunub.

 

Xatırladaq ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. R.Quliyev daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

 

Qeyd edək ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını qıraraq lentə almışdı. Daha sonra həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.

Müəllif: Ayna.az      15 İyun 2021 15:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin