Əsas səhifə Haqqımızda Xəbər lenti

Sarkisyan: “Hər şeyi gördük, yalnız vətəndaş müharibəsi qalıb”

Sarkisyan: “Hər şeyi gördük, yalnız vətəndaş müharibəsi qalıb”

“Onun əlindəki çəkicin kim üçün nəzərdə tutulduğunu anlamaq lazımdır”

 

“Hər şeyi gördük - müharibədəki məğlubiyyəti, minlərlə gəncimizin ölümünü. Başqa nə qalıb? Vətəndaş müharibəsi". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın sabiq Prezidenti Serj Sarkisyan seçkiqabağı təşviqatı zamanı Vanadzor sakinləri ilə görüşündə deyib.

 

Sarkisyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı nəzərdə tutaraq çıxışına belə davam edib: “Bu adam açıq şəkildə deyir ki, səslərin 60 faizini almasa, problemlər yaranacaq. Nə etmək istəyirsə, edər. Əlində nə olduğunu görürsünüz. Çəkicin əlindən alınmasını və başına vurulmasını istəyir. Onun əlindəki çəkicin kim üçün nəzərdə tutulduğunu anlamaq lazımdır”.

 

Qeyd edək ki, Paşinyan seçicilərlə görüşündə çıxışı zamanı əlində çəkic tutub, keçmiş hakimiyyəti tənqid edib.

Müəllif: Ayna.az      15 İyun 2021 14:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin