Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğanın Şuşa səfərinin proqramı açıqlanıb

Ərdoğanın Şuşa səfərinin proqramı açıqlanıb

Dövlət başçılarının təkbətək görüşündən sonra bir sıra müqavilələrin imza mərasimi və birgə mətbuat konfransı keçiriləcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər proqramı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Qeyd edilib ki, Türkiyə Prezidenti Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

 

Dövlət başçılarının təkbətək görüşündən sonra bir sıra müqavilələrin imza mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Türkiyə lideri bundan sonra Şuşa şəhərində gəzintiyə çıxacaq.

Müəllif: Ayna.az      15 İyun 2021 11:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin