Əsas səhifə Haqqımızda Xəbər lenti

İngiltərədə COVID-19-a qarşı məhdudiyyətlərin ləğvi təxirə salınıb

İngiltərədə COVID-19-a qarşı məhdudiyyətlərin ləğvi təxirə salınıb

Səbəb kimi koronavirusun Delta variantında olan artımı göstərilib

 

İngiltərədə koronavirusla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması 4 həftə müddətinə təxirə salınıb.

 

AYNA xəbər verir ki, bu barədə Baş nazir Boris Conson keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, İngiltərədə koronavirusla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması əvvəl planlaşdırıldığı kimi 21 iyunda yox, 4 həftəlik təxir müddəti ilə 19 iyulda baş tutacaq. Baş nazir buna səbəb kimi koronavirusun Delta variantında olan artımı göstərib.

 

Xatırladaq ki, hazırkı məhdudiyyətlərə görə, İngiltərədə gecə əyləncə məkanları hələ da bağlıdır. Maskadan istifadə ictimai nəqliyyatda və qapalı məkanlarda məcburidir. Bir sıra Avropa və xarici ölkələrdən gələn insanlar isə müəyyən məbləğ ödəyərək hoteldə karantində qalmalı, COVID-19 testlərindən keçməlidir. Açıq məkanlarda maksimum 30 nəfər görüşsə də, qapalı məkanlarda bu rəqəm 6 nəfər ilə məhduddur.

 

Qeyd edək ki, son sutka ərzində Britaniyada 7742 nəfər koronavirusa yoluxub.

Müəllif: Ayna.az      15 İyun 2021 04:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin