Əsas səhifə Haqqımızda Xəbər lenti

“Media haqqında” qanunun hazırlanmasında əsas məqsəd nədir?

“Media haqqında” qanunun hazırlanmasında əsas məqsəd nədir?

MEDİA-nın icraçı direktoru məqsədi açıqlayıb

 

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsədi açıqlayıb.

 

AYNA-nın xəbərinə görə, Ə.İsmayılov APA-ya bildirib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir”.

Müəllif: Ayna.az      14 İyun 2021 16:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin