Əsas səhifə Haqqımızda Xəbər lenti

İş adamının sərxoş kürəkəni ağır qəza törədib: dörd nəfər öldü - VİDEO

İş adamının sərxoş kürəkəni ağır qəza törədib: dörd nəfər öldü -       VİDEO

Sərxoş sürücü “Range-Rover”lə əvvəlcə piyadanı, sonra “Damas” avtomobilini vurub

 

Novxanı-Sumqayıt yolunda “Range-Rover” markalı avtomobil qəza törədib. AYNA APA-ya istinadən xəbər verir ki, “Spring” hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.

 

Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan üç nəfər ölüb.

 

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, hadisə zamanı sərxoş olub.

 

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

 

Müəllif: Ayna.az      14 İyun 2021 09:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin