Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı-Quba yolunda qəza

Bakı-Quba yolunda qəza

Hər iki avtomobilə ciddi ziyan dəysə də, ciddi xəsarət alan olmayıb

 

Bakı-Quba yolunda qəza baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, qəza magistralın 27-ci kilometrliyində, yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobil qarşıda olan “Volksvagen” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Volksvagen” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb.

 

“BMW” markalı avtomobil isə ərazidə yeni inşa olunan körpünün beton piltəsinə dəyib. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ciddi xəsarət alan olmayıb.

 

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      13 İyun 2021 17:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin