Əsas səhifə Haqqımızda Xəbər lenti

ADPU-nun Ağcabədi filialı Şuşaya köçürüləcək?

ADPU-nun Ağcabədi filialı Şuşaya köçürüləcək?

Cəfər Cəfərov: “Filialı Şuşa şəhərinə köçürmək istəyirik”

 

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı zamanında Şuşada fəaliyyət göstərib. Kollektivin çoxu Xankəndində işləyib. Şuşa işğal edildikdən sonra kollektiv qısa müddətlik Gəncədə, sonradan isə Ağcabədidə yerləşib. İstəyirik ki, həmin filialı yenidən Şuşaya köçürək”. AYNA xəbər verir ki, bunu universitetin rektoru Cəfər Cəfərov deyib.

 

Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” üzrə Milli Prioritetinin həyata keçirilməsi məqsədilə yaradılan “Təhsil” üzrə alt İşçi Qrupuna təkliflər verilib.

Müəllif: Ayna.az      11 İyun 2021 18:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin