Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabah Bakıda ictimai nəqliyyat işləyəcək

Sabah Bakıda ictimai nəqliyyat işləyəcək

İctimai nəqliyyata qadağa 13 iyun 00:00-dan 14 iyun 06:00-dək qüvvədə olacaq

 

Sabah Bakıda ictimai nəqliyyat işləyəcək.  AYNA bildirir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.

 

Qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 13 iyun 00:00-dan 14 iyun 06:00-dək qüvvədə olacaq.

 

Bundan başqa, futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb.

 

Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.

 

Müəllif: Ayna.az      11 İyun 2021 12:29
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin