Əsas səhifə Haqqımızda Xəbər lenti

Neft qiymətləri ucuzlaşır

Neft qiymətləri ucuzlaşır

Azərbaycan neftinin bir bareli 73,53 dollara satılır

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar geriləyərək 72,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 70,25 dollar olub.

 

Azərbaycan neftinin isə qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 73,53 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      11 İyun 2021 12:14
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin