Əsas səhifə Haqqımızda Xəbər lenti

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu prosesi bitir

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu prosesi bitir

Namizədlər iyunun bu gün saat 23:59-dək qeydiyyatdan keçə bilərlər

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesi bu gün yekunlaşır. Nazirlikdən AYNA-ya bildirilib ki, namizədlər iyunun 11-i saat 23:59-dək “miq.edu.az” saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.

 

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:

 

- Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları);

 

- (+994) 51 206 78 48 vatsap nömrəsi (həftənin iş günləri və saatları);

 

- İnsan Resursları Mərkəzi: Tel: (+994) 12 430 52 78 E-mail: [email protected]

Müəllif: Ayna.az      11 İyun 2021 11:22
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin