Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğanla Makron Qarabağı müzakirə edəcək

Ərdoğanla Makron Qarabağı müzakirə edəcək

Makron: “NATO sammiti ərəfəsində Türkiyə prezidenti ilə görüşüm olacaq"

 

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 14 iyun tarixində Brüsseldə keçiriləcək NATO sammiti öncəsi Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa lideri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

 

“NATO sammiti ərəfəsində Türkiyə prezidenti ilə görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Bizim dərin fərqlərimiz var, bunları bilirik, amma inanıram ki, dialoq aparmaq lazımdır. Suriyadakı vəziyyət, Liviya, Dağlıq Qarabağ və Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən danışmaq istəyirəm”, - Fransa lideri belə deyib.

 

Makron, həmçinin “NATO-dakı əməkdaşlığı və müttəfiqlər arasındakı münasibətlərdə davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu” da əlavə edib.

Müəllif: Ayna.az      11 İyun 2021 00:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin