Əsas səhifə Haqqımızda Xəbər lenti

Bu il məktəblərdə “Son zəng” keçiriləcək - RƏSMİ

Bu il məktəblərdə “Son zəng” keçiriləcək -         RƏSMİ

Yaxın günlərdə şərtlər elan ediləcək

 

"Bu il “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq".

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. Əslində şərtlər çox sadədir. Tədbir açıq havada keçiriləcək və müəyyən say məhdudiyyəti tətbiq olunacaq. Yəqin ki, 100-dən çox məzunu olan məktəblərdə bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, sosial məsafəyə riayət olunması tələb olunacaq".

Müəllif: Ayna.az      10 İyun 2021 20:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin