"Aikido əngəl tanımır" layihəsinin ilkin mərhələsi başa çatıb

"Aikido əngəl tanımır" layihəsinin ilkin mərhələsi başa çatıb

"Əlilliyi olan şəxslərin idmanla məşğul olması, beynəlxalq yarışlarda iştirak etməsi çox təqdirəlayiq haldır"

 

"Əngəlsiz Düşüncə" Sosial Inkişafa Yardım İctimai birliyi və "Engelliler İçin Japon Sanatları ve Sprorları Kulübü- Aikido Engel Tanımıyor takımı" əməkdaşlığı çərçivəsində, əlilliyi olan gənclərin reabilitasiyalarında nəticə almaq məqsədi ilə Azərbaycanda ilk baş tutan "Aikido əngəl tanımır" layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi baş tutub. 

 

AYNA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil edilən tədbirdə millət vəkili Qənirə Paşayevaya  iştirak edib.  

 

Tədbirdə çıxış edən millət vəkili əlilliyi olan şəxslərə insanlarımız üçün olan bütün gözəl layihələrə sevindiyini bildirib: "Əlilliyi olan insanlarımızın öyrənməyə necə həvəsli və istedadlı olduqlarını, qısa zamanda nə qədər çox şeylər öyrənə bildiklərini görə bilmək çox gözəldir və bu layihəyə rəhbərlik etdiyim "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstək olmasından çox məmnunam". 

 

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlər barədə danışan Q.Paşayeva əlilliyi olan şəxslərə yüksək səviyyədə dövlət qayğısının göstərildiyini deyib: "Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman əlilliyi olan şəxslərə qayğı ilə yanaşıb. Əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrində fəallığının artırılması məqsədilə çoxsaylı layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində əlilliyi olan şəxslər fəal şəkildə idmanla məşğul olurlar, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə bildirlər. Əlilliyi olan şəxslərin idmanla məşğul olması, beynəlxalq yarışlarda iştirak etməsi çox təqdirəlayiq haldır. Boccia idman növü ilə yanaşı, Aikido döyüş növü ilə məşğul olan əlilliyi olan insanlarımızdan ibarət bir komandanın yaradılacağına və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklərinə  inanıram. Sizlərə gələcək yarışlarda da daha böyük uğurlar arzulayıram, hər zaman yanınızdayıq”.

Fiziki imkanları məhdud gənclərimizə AİKİDO-nun sirlərini öyrədən Türkiyənin "Engelliler için Japon Sanatları və Sporları Külübü"nün rəhbəri Engin Enginə və  köməkçisi Ercan Aydəmirə təşəkkürünü bildirən millət vəkili onlara uğurlar diləyib, növbəti səfərlərində də hər zaman lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib.

 

 Millət vəkili Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovaya bu cür layihələrə dəstək olduqları üçün təşəkkürünü bildirib və əlilliyi olan gənclərimizin bu sahədə nə qədər böyük uğurlar qazana bilmə imkanları və prespektivləri barədə geniş fikir mübadiləsi aparıb.

 

Görüşdə millət vəkili Q.Paşayevaya Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneğinin başkanı Engin Engin  və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nin rəhbəri Mətanət Qüdsi tərəfindən onların ortaq layihəsi olan "AİKİDO Əngəl Tanımır" adlı əlilliyi olan gənclərimiz üçün gözəl bir çalışmaya dəstək verdiyi üçün təşəkkür plaketi və sertifkat təqdim edilib.

 

Sonda təlim iştirakçıları  "Aikido Yapon" idman növündən fəndlər nümayiş etdiriblər. Təlim iştirakçılarına Türkiyənin "Engelliler için Japon Sanatları və Sporları Klübü Derneği" və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB tərəfindən sertifikatlar təqdim edilib. Millət vəkili Q.Paşayeva isə təlim iştirakçılarına hədiyyələr təqdim edib. 

Müəllif: Ayna.az      12 Sentyabr 2019 20:09
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin