Əsas səhifə Haqqımızda Xəbər lenti

Qullar kəndinə keçməyə cəhd göstərənlər saxlanılıb

Qullar kəndinə keçməyə cəhd göstərənlər saxlanılıb

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən 5 nəfər barəsində tədbir görülüb

 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.

 

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Müəllif: Ayna.az      10 İyun 2021 17:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin