Əsas səhifə Haqqımızda Xəbər lenti

Qırğızıstan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirmək istəyir

Qırğızıstan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirmək istəyir

Caparov ölkəsinin ordusunu modernləşdirmək üçün müttəfiqlərin hərbi-texniki köməyinə ehtiyac duyduğunu deyib

 

Qırğızıstan Prezidenti Sədir Caparov Türkiyəyə səfəri zamanı iki ölkə rəhbərliyinin dostluq münasibətlərinin yeni səviyyəyə çatdığını və gələcəkdə hərbi tərəfdaşlığı gücləndirməyi planlaşdırdıqlarını söyləyib. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

 

Caparovun sözlərinə görə, ilk növbədə ölkələr kibercinayətkarlıq, qaçaqmalçılıq, narkotik və silah ticarəti, habelə qanunsuz miqrasiya və terrorizmlə mübarizə məsələlərində qarşılıqlı əlaqələri gücləndirəcəklər.

 

Dövlət başçısı qlobal və regional siyasətdəki əsas mövqelərin oxşarlığını vurğulayaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu söyləyib.

 

Siyasətçi tərəflərin silahlı qüvvələri birlikdə gücləndirmək üçün hansı addımları atmağı planlaşdırdığını və bunun ilk növbədə hansı sektorları əhatə edəcəyini açıqlayıb. Qırğızıstan lideri ölkənin ordusunun modernləşdirmək üçün müttəfiqlərin mütəmadi hərbi-texniki köməyinə ehtiyac duyduğunu diqqətə çatdırıb.

Müəllif: Ayna.az      10 İyun 2021 12:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin