Əsas səhifə Haqqımızda Xəbər lenti

Şagirdlərin yerdəyişməsi dayandırılır

Şagirdlərin yerdəyişməsi dayandırılır

Sorğuların qəbulunun müvəqqəti dayandırılması təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır

 

İyunun 10-u saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.

 

Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci il tarixinədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. İyunun 17-dən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.

 

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      10 İyun 2021 12:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin