Əsas səhifə Haqqımızda Xəbər lenti

Gəncədə yaşayış binasında yanğın

Gəncədə yaşayış binasında yanğın

Sakinlər təxliyə edilib, yanğın söndürülüb

 

Gəncə şəhərinin Kəpəz rayonunda binada yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.

 

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      10 İyun 2021 11:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin