Əsas səhifə Haqqımızda Xəbər lenti

Dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur

Dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur

Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir

 

Qusar rayonunda dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AYNA-ya verilən məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmayan Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti norma və standartlarına uyğun deyildi.

 

Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir. Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.

 

Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

 

Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

Müəllif: Ayna.az      10 İyun 2021 11:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin