Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə COVID-19-a qarşı yerli peyvəndin son sınaq mərhələsi başlayıb

Türkiyədə COVID-19-a qarşı yerli peyvəndin son sınaq mərhələsi başlayıb

Səhiyyə naziri: "Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir"

 

Türkiyədə COVID-19-a qarşı peyvəndə namizəd olan insanlar üzərində sınaqların son mərhələsi başa çatıb.

 

AYNA-nın Trend-ə istinadən məlumatına görə, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə üzrə Elmi Məsləhət Şurasının virtual iclasından sonra bildirib.

 

Onun sözlərinə görə, gələn həftə Türkiyədə 3-cü faza çərçivəsində insanlar üzərində sınaqlar məqsədilə könüllülər peyvənd olunacaq:

 

"Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir. Onlardan biri son mərhələyə çatıb".

 

F.Qoca əlavə edib ki, Türkiyə iyunun 10-da koronavirusa qarşı peyvəndləmə kampaniyasının yeni bir mərhələsinə qədəm qoyacaq, bu kampaniya çərçivəsində 45 və yuxarı yaşda olan insanlar peyvənd olunacaq.

Müəllif: Ayna.az      10 İyun 2021 08:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin