Əsas səhifə Haqqımızda Xəbər lenti

Moskvada koronavirusla mübarizə tədbirləri gücləndiriləcək

Moskvada koronavirusla mübarizə tədbirləri gücləndiriləcək

Moskvada epidemioloji vəziyyət pisləşib

 

Moskvada insanların sıx toplaşdığı yerlərdə, o cümlədən iaşə müəssisələrində, ticarət mərkəzlərində, gecə klublarında maska və əlcək taxılması rejiminə nəzarət gücləndiriləcək.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya paytaxtı Baş Nəzarət İdarəsinin rəisi Yevgeni Dançikov məlumat verib.

 

O xatırladıb ki, maska və əlcək taxılması rejiminin pozulmasına görə fiziki şəxslər üçün 4 mindən 5 min rubladək, hüquqi şəxslər üçün isə 300 mindən 1 milyon rubladək cərimə nəzərdə tutulub. İdarə rəisi şəhər sakinlərini aktiv şəkildə peyvənd vurdurmağa çağırıb.

 

Qeyd edək ki, Moskvada epidemioloji vəziyyət pisləşib. Şəhərdə koronavirusa gündəlik yoluxma 4 min nəfəri keçib. Bu, yanvar ayından sonra maksimum göstəricidir.

 

Moskva meri Sergey Sobyanin COVID-19 infeksiyasına yoluxma hallarının artmasına baxmayaraq, şəhərdə lokdaun tətbiq edilməyəcəyini bildirib. Eyni zamanda, Moskva hökuməti koronavirusla mübarizə üçün əlavə xəstəxanalar açmaq niyyətindədir.

Müəllif: Ayna.az      9 İyun 2021 19:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin