Əsas səhifə Haqqımızda Xəbər lenti

Şəmkirdə torpaq uçqunu altında qalmış şəxs xilas edilib - VİDEO

Şəmkirdə torpaq uçqunu altında qalmış şəxs xilas edilib -     VİDEO

FHN ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb

 

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

 

FHN-dən AYNA-ya verilən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

“Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən Şəmkir rayonunun Sərxan kəndində torpaq uçqunu altında qalmış Məmmədov Rövşən Məzahir oğlu xilas edilib, Cəlilabad rayonunda İncəçay su anbarına düşərək batmış 3 nəfərin meyiti isə dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib”, 0 deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      9 İyun 2021 13:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin