Əsas səhifə Haqqımızda Xəbər lenti

“Aşotbol” yarandı, “annabol” yoldadır – Ermənilərdən 21-ci əsrdə 11-ci əsr təklifi

“Aşotbol” yarandı, “annabol” yoldadır –     Ermənilərdən 21-ci əsrdə 11-ci əsr təklifi

“Ən qədim” xalqın siyasi əyləncələri və ya bütün bu prosesdən vəhşi dövrlərin qoxusu gəlir

 

Bir sıra görüşləri Bakıda keçiriləcək növbəti Avropa Futbol Çempionatının başlamasına bir neçə gün qalır. Ancaq heç vaxt bu qədər möhtəşəm tədbirlərə ev sahibliyi etməyən Ermənistanda bunun əvəzini bir növ yerli futbol oynamaqla kompensasiya etmək qərarına gəldilər. Bu oyunu Ermənistan Respublikası Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın oğlunun şərəfinə “aşotbol” adlandırmaq daha doğru olardı.

 

Əslində bu oyun, nə qədər qəribə olsa da, Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyan tərəfindən icad edilib. İlk zərbəni də o, Aşota vurdu – bu, belə hallarda qəbul edilən simvolik bir jestdir. Təfərrüatı necə oldu? Çox gülməli. Serj Azatoviç Nikol Vovayeviçə Aşotdan yeni istifadə üsullarını məsləhət verməyə qərar verdi. Dedi ki, qoy Paşinyan uşağını götürüb, onun əvəzinə 20-25 əsir gətirsin, bundan sonra hərbi əsirlərdən necə danışacağını görüm.

 

“Onun üçün nə fərqi var? Hər zaman uşaqlarından PR üçün istifadə edirdi. Ancaq bunu etməyəcəyi aydındır. Əgər müqavimət göstərməkdən qorxursansa, düşəmənin üstünə gələcəyi, əsirlərin saylarının artacağı bəlli deyilmi? Görürsən ki, danışıqlar nəticə vermir, buna get. 10-20 nəfəri götürüb dəyişdirin”, - deyə Sarkisyan hirslə tövsiyə etdi.

 

Sarkisyanın oğlu yoxdur. Ancaq iki qızı var - Anuş və Satenik. Təbii ki, Serjik onları erməni təxribatçılarla mübadiləyə təklif etmək qərarına gəlmədi.

 

Sarkisyanın tamamilə nəzəri olaraq qızı Anuşla evli olan Mikael Minasyandan da bu məqsədlə istifadə etməyi təklif edə biləcəyini ehtimal etmək məntiqli olardı. Axı Mika qayınatasına çox borcludur. Onun sayəsində Ermənistanın ən zəngin adamlarından biri oldu, Vatikanda və Portuqaliyada ölkənin səfiri oldu. Borcu ödəmək bir şərəf məsələsidir. Ancaq ailə məclisində yəqin ki, “mikabol” ixtira etməyin faydasız olduğuna qərar verdilər. Paşinyanın oğlunu top kimi təpikləyərək “aşotbol” oynamaq daha yaxşıdır.

 

Qəribə görünə bilər, amma Nikol Vovayeviç həvəslə bu oyuna qoşuldu. “Razıyam! Rəsmi olaraq bildirirəm ki, bütün erməni əsirləri müqabilində oğlumu Əliyevə verməyə hazıram”, - dedi Nikol Paşinyan. Bu məsələdə heç kim öz atası və siyasi rəqibi tərəfindən aktiv şəkildə təpiklənən Aşotun özünün fikirlərini soruşmadı.

 

Azərbaycan baş verənləri heyrətlə izləyir - bir çox səbəbdən. Birincisi, ölkəmiz heç vaxt və heç bir yerdə erməni təxribatçılarını başqası ilə dəyişdirməyə hazır olduğunu bəyan etməyib.

 

İkincisi, açıq şəkildə həddən artıq qiyməti qaldırılan bir erməni tərəfinin təkəbbürü məni heyrətləndirir. Bütün təxribatçıların bir sıravi Aşotla dəyişdirilməsi həddindən artıqdır. Ən yaxşı halda təkbətək dəyişilə bilər. Və o da mübadilə deyil - bizim tərəfimizdən sədəqə olaraq. Çünki hərbi baxımdan Aşotun heç bir dəyəri yoxdur.

 

Üçüncüsü, bütün bu hadisədən ən vəhşi orta əsrlərin iyi gəlir. Küçədə 21-ci əsrdir, amma erməni siyasətçiləri - “ən qədim, ağıllı, mədəni, demokratik” statusa iddia edən millətin nümayəndələri sanki qul bazarında kölə kimi qaradərililərin uşaqlarını satırlar. Yalnız Paşinyandan Aşotun dişlərinin sağlam olduğundan əmin olmaq üçün onun ağzına baxmaq təklifini eşitmək qalır. Üstəlik, təkrar edirəm, bu ticarətin özünəməxsusluğu ondadır ki, heç kim indiyə qədər satışa qoyulmuş malı almağa hazır olduğunu deməmiş və arzulamamışdı.

 

Dördüncüsü, bir presedent qoyulur. Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın bu baxımdan nə qədər narahat olduğunu təsəvvür edirəm. Həm Paşinyanla fəal şəkildə rəqabət apararaq hakimiyyət uğrunda mübarizə aparır, həm Nikol Vovayeviçi fəal şəkildə məğlubiyyətdə və Azərbaycanın erməni təxribatçılarını əsir götürməsində günahlandırır, həm də bir oğlu var. Hansı ki, erməni siyasi janrının qanunlarına görə, potensial mübadilə məhsulu kimi də qəbul edilə bilər.

 

Beşincisi, iş yalnız oğullarla məhdudlaşa bilməz. Millətə sevgisini və sadiqliyini göstərmək üçün, həvəsə gələrək, Paşinyan vətəndaş kəbinli arvadı Anna Akopyanı da erməni təxribatçılarla mübadilə etməyi təklif edə bilər. Akopyan müharibəyə gedirdi, hərbi forma geyinirdi, müvafiq pozalar alaraq, sanki pulemyotdan atəş etməyi təsvir edirmiş kimi şəkillər çədkirirdi. Hətta Anna bir qadın dəstəsi də toplamışdı. Dəstə heç vaxt cəbhəyə gedib çıxmadı, hər şey hərbi tərzdə bir fotosessiya ilə məhdudlaşdı.

 

İndi isə Madam Akopyan və qızları erməni təxribatçıları ilə mübadilə üçün təklif oluna bilər. Bəli, buna ehtiyacımız yoxdur, amma indi onlara münasibətimizdən yox, ermənilərin bütün qohumlarını hər zaman və sevinclə təklif etməyə hazırlığından danışırıq. Beləliklə, “aşotbol”la yanaşı “annabol”un da yaranacağını istisna etmirik. Və siyahı davam edə bilər...

Müəllif: Əkbər Həsənov      10 İyun 2021 19:20
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin