Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı Şəhər Halqası sürücülərə müraciət edib

Bakı Şəhər Halqası sürücülərə müraciət edib

İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi fasiləli şəkildə bağlı olacaq

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

 

Bu barədə BŞH-dən AYNA-ya məlumat verilib.

 

Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün 9 iyun saat 23:00-dan 10 iyun saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

 

Sürücülərdən sözügedən saatlarda alternativ yollardan istifadə etmələri və söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamamaları xahiş edilib.

Müəllif: Ayna.az      8 İyun 2021 22:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin