Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan nefti 72 dollardan baha satılır

Azərbaycan nefti 72 dollardan baha satılır

Birjalarda neftin qiymətləri ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar geriləyərək 70,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,46 dollar ucuzlaşaraq 68,77 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 72,24 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      8 İyun 2021 11:07
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin