Əsas səhifə Haqqımızda Xəbər lenti

"WhatsApp"da yeni funksiya yaradılacaq

"WhatsApp"da yeni funksiya yaradılacaq

Yenilik “iOS” sistemində əlçatan olmayacaq

 

"Android" əməliyyat sistemində çalışan mobil telefonların istifadəçiləri "WhatsApp"da öz hesablarına "fləş zəng"in köməyi ilə daxil olmaq imkanı qazanacaqlar.

 

AYNA xəbər verir ki, bu barədə "Webetainfo" portalı bildirib.

 

Hazırda messencerdə hesaba giriş üçün SMS parollardan istifadə olunur - smartfona birdəfəlik kod gəlir.

 

Telefonda yeni funksiyanın yaradılmasından sonra vatsapda yeni zəng yaradılacaq, həm də ona cavab vermək lazım olmayacaq – yeni əlavə bunu sərbəst şəkildə edəcək. Bunun üçün o çağırışların tarixinə girişi tələb edəcək.

 

Qeyd edilir ki, yenilik “iOS” sistemində əlçatan olmayacaq, çünki proqramın bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə etmək mümkün deyil.

Müəllif: Ayna.az      8 İyun 2021 01:47
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin