Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazanıb

Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazanıb

Bu uğura boksçu Məhəmməd Abdullayev imza atıb

 

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. AYNA xəbər verir ki, bu uğura boksçu Məhəmməd Abdullayev imza atıb.

 

O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda ukraynalı Tsotne Roqavaya qalib gəlib.

 

Bu qələbə həm yarımfinala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

 

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 27-ə çatıb. Abdullayev bu siyahıda beşinci boksçudur.

 

Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.

Müəllif: Ayna.az      7 İyun 2021 04:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin