Əsas səhifə Haqqımızda Xəbər lenti

Hardadır bu "sülhməramlılar", nə işlə məşğuldurlar?

Hardadır bu "sülhməramlılar", nə işlə məşğuldurlar?

Kimin kim olduğu və hansı maraqları güddüyünü siyasətçilər deyil, sadə insanlar bele anlayıblar

 

Günümüzdə Azərbaycan xalqı daha üç şəhid verdi. Daha üç övladını itirdi. Günahsız silahsız. Həmkarlarım öz vəzifəsini yerinə yetirmək üçün yola çıxmışdı. Bu onların son yolu oldu. Silahları sadəcə əllərindəki kameraları idi. 

 

O kameralar ki, düşmənin çirkin əməllərini, millətimizə qarşı törətdikləri vəhşilikləri, bütün insanlığa qarşı yönəlmiş qeyri-insani hərəkətlərini lentə alıb dünyaya çatdırsınlar. Daha doğrusu, gerçəkliyi, həqiqətləri olduğu kimi göstərsinlər. Gunahsız olan bizi gunahkar kimi qələmə verməyə çalışanlara anlatsınlar...

 

Hardadır bu "sülhməramlılar", nə işlə məşğuldurlar?  Kimləri kimdən qoruyurlar? Nə vaxta qədər öz torpağımız öz qanımızla suvarılacaq? Nə vaxta qədər öz torpağımızda istədiyimiz kimi gəzə bilməyəcəyik?

 

Artık maskalarının düşdüyünü də bilirlər. Kimin kim olduğu və hansı maraqları güddüyünü siyasətçilər deyil, sadə insanlar belə anlayıblar. Özünü mədəni, demokrat, əxlaqlı sayan bəzi Avropa ölkələrinin siyasətçilerinin artıq pərdəarxasında deyil, açıq aşkar maraqları və tutduğu mövqelər ortalıqdadır.

 

Əslində isə çox çirkin, mənəviyyatsız, nadürüst, eqoist siyasət oyunları bütün dünyaya bəllidir. Bu bədxah, bədniyyət "siyasətçilərin" əlləri onsuz da dirsəyə qədər qan içindədir.

  

Onları qınayır, pisləyir və bəyan edirik! Qanlı əllərinizi Azərbaycandan və Azərbaycan xalqından çəkin! Rədd olun torpaqlarımızdan!   

 

Şəhidlərimizə allahdan rəhmət, yaxınlarına isə dözüm və səbir diləyirəm. Mekanları cənnət olsun!

 

Qarabağ Azərbaycandır! Yolumuz haqq yoludur! Ədalət bizimlədir!

 

Hökümə Xəlilova - Media TÜRKEL-in prezidenti, Bişkek şəhəri.

Müəllif: Ayna.az      6 İyun 2021 23:52
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin