Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a yoluxma kəskin azaldı

Azərbaycanda COVID-19-a yoluxma kəskin azaldı

Bir gündə 274 nəfər sağalıb, 68 nəfər yoluxub, 5 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 334 715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib, aktiv xəstə sayı 2 881 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 794, hazırkı dövrədək isə 3 567 745 test aparılıb.

#

Müəllif: Ayna.az      6 İyun 2021 16:35
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin