Əsas səhifə Haqqımızda Xəbər lenti

Formula 2-nin qalibləri mükafatlandırılıb

Formula 2-nin qalibləri mükafatlandırılıb

“Hitech Grand Prix”dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

 

Formula 2 üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, “Hitech Grand Prix”dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

“Prema Racing”dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yerə layiq görülüb. "Uni-Virtuosi Racing"in pilotu Felipe Druqoviç 4-cü ola bilib.

 

Qeyd edək ki, saat 14:10-da Formula 1-də pilotların paradı başlayıb. Ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da Formula 1-də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

Müəllif: Ayna.az      6 İyun 2021 14:32
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin