Əsas səhifə Haqqımızda Xəbər lenti

Para-atletimiz Polşada qızıl medal qazanıb

Para-atletimiz Polşada qızıl medal qazanıb

Bu millimiz çempionatda qazandığı 5-ci medalıdır

 

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 s nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

 

Bu barədə AYNA-ya Milli Paralimpiya Komitəsindən məlumat verilib.

 

Qeyd edək ki, bu millimiz çempionatda qazandığı 5-ci medalıdır (3 qızıl, 1 gümüş, 1 bürünc). Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.

Müəllif: Ayna.az      4 İyun 2021 04:13
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin