Almaniyada azərbaycanlı özünü yandırdı

Almaniyada azərbaycanlı özünü yandırdı

 

Ağır yanıq xəsarətləri alan şəxs helikopter vasitəsilə xəstəxanaya çatdırılıb

 

Almaniyada azərbaycanlı intihara cəhd edib. Hadisə Hermeskeil şəhərində baş verib.

 

AYNA bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinə istinadən xəbər verir.

 

Məlumata görə, həmyerlimiz Azərbaycana qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial idarəyə müraciət edib. Orada baş verən mübahisədən sonra o, üzərinə benzin tökərək özünü yandırıb.

 

Ağır yanıq xəsarətləri alan şəxs hadisə yerinə gələn helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

 

İlkin məlumata görə, həmin şəxsin adı Emindir. 34 yaşlı həmyerlimizin Sumqayıtda anadan olduğu bildirilir.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 22:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin