Əsas səhifə Haqqımızda Xəbər lenti

"Fənərbağça" baş məşqçi ilə yollarını ayırıb

"Fənərbağça" baş məşqçi ilə yollarını ayırıb

Anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğu bildirilir.

 

Türkiyənin "Fənərbağça" futbol klubu baş məşqçi Emre Belözoğlu ilə yollarını ayırıb.

 

AYNA xəbər verir ki, bununla bağlı hər iki tərəf açıqlama yayıb. Onlar birgə çalışdıqları müddətdə əməkdaşlıqdan razılıq ifadə ediblər. Anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğu bildirilir.

 

Qeyri-rəsmi iddialara görə, klub rəhbərliyə əcnəbi baş məşqçi gətirmək istəyib və Emreyə onun köməkçisi vəzifəsini təklif edib, 41 yaşlı mütəxəssis isə təkliflə razılaşmayıb.

 

Qeyd edək ki, Emre "Fənərbağça"da futbolçu və idman direktoru kimi də çalışıb. O, Türkiyə Super Liqasının son 10 turunda komandanın sükanı arxasında olub və “sarı-lacivərdlilər"i bürünc medalçı edib.

Müəllif: Ayna.az      3 İyun 2021 01:37
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin