Əsas səhifə Haqqımızda Xəbər lenti

Onlayn İctimai Nəzarət Platformasının təqdimatı olub

Onlayn İctimai Nəzarət Platformasının təqdimatı olub

“Korrupsiya ilə mübarizə” mövzusunda poster və videoçarx ideyası müsabiqəsi üzrə qaliblər mükafatlandırılıb

 

Tədbirin sonunda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və videoçarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib

 

İyunun 2-də Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatına dair mətbuat konfransı keçirilib. Bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə - yol, infrastruktur, abadlıq və s. dair vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar vatsap (055 4502013) və ya sayt vasitəsilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaqlar.

 

AYNA xəbər verir ki, mətbuat konfransında çıxış edən Açıq Hökumət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib. Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd edib.

 

Tədbirdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə missiya direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlara USAID tərəfindən daima dəstək verildiyini diqqətə çatdırıb. S.Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni nailiyyəti Azərbaycanda da görmək istədiyini bildirib.

 

Layihənin icraçısı olan “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib.

 

Tədbirin sonunda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və videoçarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.

 

Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması USAID-in ECSOFT layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      2 İyun 2021 16:22
Reklam bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin