Rəsmi Tehran: Vaşinqtonla müzakirə ediləcək mövzu yoxdur

Rəsmi Tehran: Vaşinqtonla müzakirə ediləcək mövzu yoxdur

Həsən Ruhani: “Boltonun vəzifədən ayrılması İranla danışıqlar üçün kifayət etməyəcək”

 

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefasına münasibət bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, “ABŞ bizə qarşı yürütdüyü tam repressiya siaysətinə son qoymalıdır”, - açıqlamasını verib.

 

“Çünki Con Boltonun vəzifədən ayrılması İranla danışıqlar üçün kifayət etməyəcək”, - deyə Ruhani vurğulayıb.

 

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxtarəvançı da məsələyə münasibət bildirib: “Con Boltonun istefaya göndərilməsi İranın ABŞ ilə danışıqlar aparmasına səbəb olmayacaq. Çünki sanksiyaların mövcud olduğu müddət ərzində ABŞ-la danışılacaq mövzu yoxdur”.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 15:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin