İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası çağırıldı

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası çağırıldı

“Netanyahunun ifadələri yolverilməz və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır”

 

Səudiyyə Ərəbistanı İsrailin Baş Naziri Benyamin Netanyahunun, ABŞ-la birlikdə Fələstin torpaqlarının ilhaq edilməsinə dair bəyanatına sərt reaksiya verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə rəhbərliyi bu hadisəni qınayıb və təcili olaraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasını çağırıb.

 

“Netanyahunun ifadələri yolverilməz və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır”, - deyə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, Netanyahu, ölkəsində sentyabrın 17-də keçirilməsi nəzərdə tutulan erkən seçkilərdən əvvəl mətbuat konfransı təşkil edib. O, tədbirdə bildirib ki, yenidən seçiləcəyi təqdirdə, Qərbi Şəriyədə yerləşən İordaniya vadisi, ABŞ-ın da iştirakı ilə İsrailə birləşdiriləcək.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 14:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin