Aşura mərasimi zamanı bədbəxt hadisə: Ölənlər və yaralananlar var - VİDEO

Aşura mərasimi zamanı bədbəxt hadisə: Ölənlər və yaralananlar var -     VİDEO

Kərbəla hadisəsini anmaq üçün şəhərə toplaşan izdihamın ağırlığından yol çöküb

 

Bu gün İraqın Kərbəla şəhərində Aşura mərasimi zamanı bədbəxt hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Kərbəla hadisəsini anmaq üçün şəhərə toplaşan izdihamın ağırlığından mərkəzi yol çöküb.

 

İraq Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, hadisə nəticəsində 17 nəfər həlak olub, 75 nəfər yaralanıb.

 

Ölən və yaralananların sayının arta biləcəyi istisna olunmur.

Müəllif: Ayna.az      10 Sentyabr 2019 20:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin