Əsas səhifə Haqqımızda Xəbər lenti

Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub

Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub

Prezident və birinci xanım Xalq rəssamının dəfn mərasiminə əklil göndərib

 

Xalq rəssamı Tahir Salahov Bakıda I Fəxri Xiyabanda dəfn olunub. AYNA xəbər verir ki, dəfn mərasimində Xalq rəssamının ailə üzvləri, yaxınları, mədəniyyət naziri Anar Kərimov, incəsənət və mədəniyyət nümayəndələri iştirak ediblər.

 

Onun məzarı görkəmli alim Lütfi Zadənin məzarı yanında yerləşir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tahir Salahovun dəfn mərasiminə əklil göndərib. Əklil Tahir Salahovun məzarı önünə qoyulub.

 

Qeyd edək ki, Tahir Salahov mayın 21-də müalicə olunduğu Almaniyada vəfat edib.

Müəllif: Ayna.az      24 May 2021 13:32
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin